Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və Avropa milli təhlükəsizlik maraqları naminə Qrenlandiyanı “müdafiə etməlidirlər” və “Çin və ya Rusiyanın Qrenlandiyada möhkəmlənməsinə imkan verilməməlidir”.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
O, Qrenlandiya ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayaraq, bu addımın həm ABŞ, həm də Avropa üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Trampın sözlərinə görə, Vaşinqtonun bu məsələdə atdığı addımlar Avropa ölkələrinin də təhlükəsizliyinə xidmət edir.
“Biz Rusiya və ya Çinin Qrenlandiyada mövcudluq qazanmasını istəmirik. Əks halda onlar Avropanın birbaşa qonşusuna çevrilə bilər. Buna yol verilməyəcək”, – deyə ABŞ Prezidenti bildirib və məsələdə qəti mövqe sərgilədiklərini əlavə edib.
Aytən Yaşar/ Turkustan.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.