AZ

Ukrayna və Böyük Britaniya müdafiə sahəsində yüzillik tərəfdaşlığın yol xəritəsini imzalayıb

Kiyevdə Ukrayna və Böyük Britaniya arasında müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsi imzalanıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sənədə Ukraynanın müdafiə naziri Denis Şmiqal ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili imza atıb.

Yol xəritəsi 2026-cı il üçün müdafiə əməkdaşlığını əsas təhlükəsizlik istiqamətləri üzrə rəsmiləşdirir və iki ölkə arasında imzalanmış Yüzillik Tərəfdaşlıq Sazişi çərçivəsində genişmiqyaslı layihələrin icrasına zəmin yaradır.

Tərəflər hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini və bu sistemlər üçün döyüş sursatı ilə təminatı prioritet istiqamət kimi qiymətləndiriblər.

Bildirilib ki, Böyük Britaniya Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına mühüm töhfə verir. 2026-cı ilin fevral ayından etibarən ayda 1000 ədəd “Octopus” antidron sisteminin istehsalına başlanılması planlaşdırılır.

Danışıqlarda, həmçinin:

HHM və uzaqmənzilli silahlar üzrə birgə strateji sənaye layihələri;

tərkibində Britaniya şirkətlərinin texnologiyaları olan İsveçin “Gripen” qırıcılarının Ukraynada istehsalının lokallaşdırılması perspektivləri;

Ukraynanın dəniz təhlükəsizliyinin gücləndirilməsi;

fevral ayında keçiriləcək “Ramştayn” formatlı görüşə hazırlıq məsələləri müzakirə olunub.

Seçilən
22
poliqon.az

1Mənbələr