ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən narkotik istintaqı çərçivəsində məşhur aktyor Can Yaman saxlanılıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat gecə həyata keçirilib.
Polis əməkdaşları istintaq çərçivəsində ümumilikdə 9 ünvanda axtarışlar aparıb.
Əməliyyatda 300 narkotik polisi əməkdaşı iştirak etdi.
Əməliyyat zamanı çox sayda narkotik müsadirə edilib.
Əməliyyat çərçivəsində Can Yamanla yanaşı, müğənni Selen Görgüzel, aparıcı Nilüfer Batur, Ayşe Sağlam və Ceren Alper də saxlanılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb, bəziləri haqqında axtarış qərarı verilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.