AZ

Natiq Cəfərli: “Bakı metrosunda gələcəkdə gediş haqqının məsafəyə görə müəyyən edilməsi kökündən yanlış yanaşmadır”

“Bakı metrosunda gələcəkdə gediş haqqının məsafəyə görə müəyyən edilməsi kökündən yanlış yanaşmadır. Məsafəyə görə yox, zamana görə bilet sistemi var. Dünyanın çox yerində belədir və daha effektivdir. Bir saatlıq biletdən bir illik biletə qədər müxtəlif bilet növləri var. Bunların qiyməti, təbii ki, zamana görə dəyişir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

 

Ekspertin sözlərinə görə, bir saatlıq bilet alırsansa, bahadır: “Yəni bu biletlə həm avtobusda, həm də metroda gedə bilirsən. Buna görə də metro və avtobus nəqliyyat sistemi birləşdirilməli, eyni məntiqlə idarə olunmalıdır. Bir günlük bilet daha ucuz, bir illik isə lap ucuz olur. Belə yanaşma olmalıdır. Azərbaycanda da məsafəyə görə deyil, zamana görə bilet satışının həyata keçirilməsi daha doğru olar. Bu zaman təqaüdçülər, tələbələr, şagirdlər üçün də xüsusi endirimlər tətbiq etmək mümkün olar”.

 

Aytəkin Qardaşova

Tarix: 10 Yanvar 2026, 11:34   
Seçilən
58
2
pravda.az

3Mənbələr