AZ

Venesuela və ABŞ səfirliklərin açılması imkanlarını araşdırır – Dialoq başladı


Venesuela və ABŞ iki ölkə arasında səfirliklərin açılması imkanlarını araşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bolivar Respublikasının prezidenti vəzifəsini icra edən Delsi Rodriges “Venezolana de Television” telekanalında bildirib.
O, Venesuelanın müstəqilliyini, sabitliyini və suverenliyini qorumaq üçün sülh diplomatiyasından istifadə edəcəyini əlavə edib.
Delsi Rodriges həmçinin bildirib ki, respublika bununla “ABŞ-yə aparılan prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək bir yol seçib”.
Digər tərəfdən, Venesuela xarici işlər naziri İvan Xil Pinto “Telegram” kanalında dərc edilən bəyanatında ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin Venesuelaya diplomatik nümayəndəliklərin işinin qarşılıqlı bərpası üçün Venesuelaya gəldiyini bildirib.
“Venesuela Bolivar hökuməti baş vermiş hadisələrin nəticələrini aradan qaldırmaq, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək məqsədilə ABŞ hökuməti ilə diplomatik danışıqlara başlamaq qərarına gəlib”, - sənəddə qeyd edilib.
Sənəddə həmçinin, həmçinin qeyd edilib ki, Venesuela diplomatlarından ibarət nümayəndə heyəti də ABŞ-yə göndəriləcək.
Seçilən
36
yeniavaz.com

1Mənbələr