Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İranın bir çox şəhərində yayılan kütləvi etirazlar ölkədəki həyatı iflic edib.
"AzPolitika" xəbər verir ki, paytaxt Tehranda insanlara "qapalı məkanda qalın" xəbərdarlığı edilib. Tehranın bütün məktəbləri həftəsonuna qədər distant təhsilə keçmək qərarına gəlib.
İran dövlət televiziyasının məlumatına görə, Tehran prokuroru Əli Salehi küçələrin, xüsusən də paytaxtda təhlükəli olduğunu vurğulayaraq deyib: "Düşmənin muzdluları nümayişlərdə iştirak edənləri öldürür. Çölə çıxmayın".
Salehi nümayişlərdə iştirak edən hər kəslə mübarizə aparılacağını və soyuq silah (kəsici, deşici alətlər) daşıyanlara odlu silah daşıyanlarla eyni münasibət göstəriləcəyini bildirib.
Salihi həmçinin qeyd edib ki, dünən gecə Tehranda baş verən hadisələr böyük dağıntılara səbəb olub.
Qeyd edək ki, Tehranın da bütün məktəbləri həftəsonuna qədər distant təhsilə keçmək qərarına gəlib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.