AZ

Azərbaycan regionda "yaşıl enerji" sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimi çıxış edir - Azər Qarayev

Bakı. Trend:

Son illər qlobal miqyasda enerji təhlükəsizliyi, iqlimdəyişiklikləri və dayanıqlı inkişaf məsələləri dövlətlərin əsasprioritetləri sırasına yüksəlib. Karbon emissiyalarınınazaldılması, alternativ və bərpa olunan enerji mənbələrinə keçidartıq yalnız ekoloji seçim deyil, həm də iqtisadi və siyasizərurətə çevrilib. Bu kontekstdə Azərbaycan regionda "yaşıl enerji"sahəsində iddialı və ardıcıl siyasət yürüdən ölkələrdən biri kimiçıxış edir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Azərbaycanın enerji strategiyası uzun müddət neft və qazehtiyatlarına əsaslansa da, son illərdə bu model tədricənşaxələndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həmənənəvi enerji sahəsində mövqelərini qoruyur, həm də bərpa olunanenerji istiqamətində sistemli və uzunmüddətli addımlar atır.2026-cı il yanvarın 8-də Bakıda “Gülüstan” sarayında 240 MVtgücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimibu siyasətin bariz nümunəsidir", - o bildirib.

Politoloq xatıradıb ki, Prezident İlham Əliyev çıxışındaAzərbaycanda enerji sisteminin müasirləşdirilməsi,modernləşdirilməsi və inkişafının son illər ərzində əsasprioritetlərdən biri kimi qəbul edildiyinə toxunub.

"Bu modernləşmə yalnız mövcud generasiya güclərinin yenilənməsiilə məhdudlaşmayıb. Paralel olaraq bərpa olunan enerji mənbələrininenerji sisteminə inteqrasiyası genişlənib. Prezident İlham Əliyevinsözlərinə görə, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiyagücləri bütün əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artıb.Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavatabərabərdir.

240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik StansiyasıAzərbaycanın bərpa olunan enerji sektorunda indiyədəkreallaşdırılmış ən iri layihələrdən biridir. Layihə SəudiyyəƏrəbistanının aparıcı enerji şirkətlərindən olan “ACWA Power”tərəfindən həyata keçirilib və bu, şirkətin Azərbaycanda ilk bərpaolunan enerji layihəsidir. Prezident İlham Əliyev bu məqamı xüsusiqeyd edib:

"Bu, "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilmiş birincibərpa olunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətindaha böyük planları var və Azərbaycan dövləti bu planları tamdəstəkləyir".

Stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulub və cəmidörd il ərzində layihə tam başa çatdırılaraq istismara verilib. Bufakt Azərbaycanın investisiya mühiti, dövlət-özəl tərəfdaşlığı vəicra intizamı baxımından mühüm göstəricidir", - o bildirib.

A.Qarayev qeyd edib ki, “Xızı–Abşeron” Külək Elektrik StansiyasıAbşeron və Xızı rayonlarının ərazisində yerləşir. Layihəçərçivəsində ümumilikdə hər biri 6,5 MVt gücündə olan 37 küləkturbini quraşdırılıb. Stansiyanın illik enerji istehsalı təxminən 1milyard kilovat-saat təşkil edir.

"Bu göstəricilər bir neçə mühüm nəticə yaradır: ildə təqribən220 milyon kubmetr təbii qaza qənaət olunur; 400 min tondan çoxkarbon qazı emissiyasının qarşısı alınır; ölkənin enerji balansında"yaşıl enerji"nin payı əhəmiyyətli dərəcədə artır. Layihəyəümumilikdə 340 milyon ABŞ dolları həcmində xarici investisiya cəlbedilib. Bu fakt bir daha göstərir ki, Azərbaycan "yaşıl enerji"sahəsində xarici sərmayədarlar üçün etibarlı və cəlbediciməkandır.

“Xızı–Abşeron” layihəsi təkcə enerji istehsalı deyil, həm dəuğurlu beynəlxalq əməkdaşlıq nümunəsidir. Layihənin baş podratçısıÇinin “Power China Huadong Engineering Co., Ltd.” şirkətidir.Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərəkbildirib: "Burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsinigörürük".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının energetikanazirinin müavini Nasser Əl-Qahtani çıxışında bu layihənin iki ölkəarasında strateji tərəfdaşlığın göstəricisi olduğunu vurğulayıb.Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə bir layihə iləməhdudlaşmır və gələcəkdə quruda və dənizdə yeni külək enerjisilayihələrini, eləcə də enerji saxlanması sistemlərini əhatəedəcək", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycanın "yaşıl enerji"strategiyasında Xəzər dənizi xüsusi yer tutur. Beynəlxalqqiymətləndirmələrə görə, Xəzər dənizinin Azərbaycan sektorundakülək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Prezidentİlham Əliyev bu barədə deyib: "Xəzər dənizinin Azərbaycansektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu prosesAzərbaycanda geniş vüsət alacaq".

Bu potensialın reallaşdırılması Azərbaycanı regionun əsas "yaşılenerji" mərkəzlərindən birinə çevirə bilər. Xüsusilə Avropayayönələn “yaşıl enerji dəhlizi” təşəbbüsləri bu baxımdan stratejiəhəmiyyət daşıyır.

Bərpa olunan enerji mənbələrinin əsas problemlərindən biriistehsalın fasiləli xarakter daşımasıdır. Azərbaycan bu məsələni dəqabaqcadan nəzərə alaraq enerji saxlanması sahəsində addımlar atır.Prezident İlham Əliyevin açıqlamasına görə, ölkə tarixində ilk dəfəolaraq 250 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi yaradılır:"Bizdə bərpa olunan enerji potensialı çox artacaq, əlbəttə, biz buenerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq".

Bu yanaşma göstərir ki, Azərbaycan "yaşıl enerji"yə yalnızistehsal deyil, bütöv enerji ekosistemi prizmasından baxır.İşğaldan azad edilmiş ərazilər Azərbaycanın yaşıl enerjixəritəsində xüsusi yer tutur. Son beş ildə Qarabağ və ŞərqiZəngəzurda 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib vəonların ümumi gücü 300 MVt-dan artıqdır. Gələcəkdə bu bölgədə daha500–600 MVt gücündə su elektrik stansiyalarının tikintisiplanlaşdırılır. Bu layihələr həm enerji təhlükəsizliyinə, həm dəbölgənin sosial-iqtisadi dirçəlişinə töhfə verir", - obildirib.

Onun sözlərinə görə, Azərbaycanın "yaşıl enerji" sahəsindəuğurunun əsas səbəblərindən biri də sabit və etibarlı investisiyamühitidir.

"Prezident İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət çəkib:"Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur… qəbul edilmişqərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinkimaddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək".

Bu prinsip ölkəyə indiyədək 300 milyard dollardan çox xaricisərmayənin cəlb edilməsini təmin edib. Aşağı xarici borc səviyyəsivə yüksək valyuta ehtiyatları isə bu etibarlılığı daha dagücləndirir. İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər 6qiqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və günəşelektrik stansiyalarının inşası planlaşdırılır. Bu, Azərbaycanınenerji balansında "yaşıl enerji"nin payını kəskin şəkildəartıracaq. Prezident İlham Əliyevin sözləri ilə desək: "Azərbaycanbölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malikölkəsi olacaq".

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı təkcə birenerji obyektinin istifadəyə verilməsi deyil, Azərbaycanın "yaşılenerji" strategiyasının praktik təcəssümüdür. Bu layihə ölkəninbərpa olunan enerji potensialını, beynəlxalq tərəfdaşlıqimkanlarını və uzunmüddətli strateji baxışını aydın şəkildə nümayişetdirir. Azərbaycan bu gün həm neft-qaz ixracatçısı, həm dəgələcəyin "yaşıl enerji" ixracatçısı kimi mövqeyini formalaşdırır.Atılan addımlar göstərir ki, bu yol təsadüfi deyil — düşünülmüş,ardıcıl və real nəticələrə hesablanmış dövlət siyasətidir", -A.Qarayev əlavə edib.

Məqalədə:
Seçilən
66
1
az.trend.az

2Mənbələr