Bakı. Trend:
Avstraliyanın cənub-şərqində genişmiqyaslı meşə yanğınları iləəlaqədar Viktoriya ştatında fövqəladə vəziyyət elan edilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Həftənin əvvəlində başlayan yanğınlar indiyədək 300 minhektardan çox meşəlik ərazini əhatə edib. Rəsmilər 10 böyük meşəyanğınının hələ də nəzarət altına alınmadığını bildiriblər.
Ən ciddi yanğınlar əsasən az əhali yaşayan kənd ərazilərindəqeydə alınıb. Melburndan təxminən 112 kilometr şimalda yerləşənLonqvud şəhəri yaxınlığındakı sıx meşəlik ərazi ən çox zərər görənyerlərdən biridir. Burada yanğın 150 min hektar sahəni bürüyüb.
Fövqəladə Halların İdarə Edilməsi üzrə Komissar Tim Vibuşbildirib ki, ştat üzrə ən azı 130 obyekt, o cümlədən evlər,anbarlar və digər tikililər tamamilə məhv olub. Yanğınlar ştatdatemperaturun 40 dərəcəni keçdiyi isti hava dalğası zamanı başverib.
Ölkənin müxtəlif bölgələrindən yüzlərlə yanğınsöndürən alovunqarşısını almaq üçün cəlb olunub. Yanğınlar nəticəsində təxminən 38min yaşayış evi və biznes obyektinin elektrik enerjisi kəsilib.