Rusiya Silahlı Qüvvələri “Bumeranq” tipli FPV dronlarının funksional imkanlarını artırıb.
“Yeni Sabah” TASS-a istinadən bildirir ki, dronlar artıq düşmən nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq məqsədilə avtomobillərə qarşı nəzərdə tutulan şip (tikanlı maneələr) atmaq qabiliyyətinə malikdir.
Rusiya müdafiə-sənaye kompleksindəki mənbə yeni texnologiya sayəsində dronların düşmənin logistika marşrutlarını, hərbi texnika və avtomobil karvanlarının hərəkətini effektiv şəkildə bloklaya bildiyini deyib.
İlhamə Qasımlı
Telegram kanalımız