Tbilisi, 10 yanvar, AZƏRTAC
Tbilisidə Dünya Karate Federasiyasının təşkilatçılığı ilə idman karatesi üzrə beynəlxalq turnir keçirilir.
Dünyanın 60-dan çox ölkəsindən idmançların iştirak etdiyi bu mötəbər yarışda Azərbaycan 20 karateçi ilə təmsil olunur.
Azərbaycan Karate Feserasiyasının idman karatesi üzrə yeniyetmə və gənclərdən ibarət komandasının baş məşqçisi Anar Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib ki, bu yarışda ölkəmizin 18 yaşdan yuxarı idmançlları müxtəlif yaş kateqoriyalarda iştirak edirlər. Yarış qalib gələn idmançılarımıza qarşıdan gələn Dünya çempiomatı, Avropa Oyunları və digər mötəbər yarışlar üçün reytinq xalı qazandıracaq. Baş məşqçi idmançılarımızın Vətənə bu yarışdan da qələbə ilə qayıdacaqlarına ümid etdiyini bildirib.
Turnir yanvarın 11-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi