AZ

Türkiyədə FETÖ əməliyyatı - 77 nəfər saxlanılıb

Bakı. Trend:

Son iki həftə ərzində Türkiyənin 34 vilayətində jandarmabölmələri tərəfindən aparılan əməliyyatlarda 77 nəfər şübhəli şəxsqismində saxlanılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziriƏli Yerlikaya öz rəsmi “X” hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, əməliyyatlar zamanı saxlanılan 77 şübhəlininterror təşkilatının hazırkı strukturunda fəaliyyət göstərdikləri,taksafonlar vasitəsilə təşkilat daxilində məsul şəxslərlə əlaqəsaxladıqları, terror təşkilatı ilə əlaqəli olduğu iddia edilənyardım qurumlarına maliyyə vəsaiti təmin etdikləri və sosial mediahesabları üzərindən terror təşkilatının təbliğatını apardıqlarımüəyyən edilib.

Məlumata görə, saxlanılanlardan 43-ü barəsində həbs qətimkantədbiri seçilib.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr