Bu gün Türkiyə Super Kubokunun final görüşü keçiriləcək.
Publika.az xəbər verir ki, həlledici oyunda əzəli rəqiblər “Qalatasaray” ilə “Fənərbaxça” üz-üzə gələcək.
İstanbul derbisi Atatürk Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:45-də start götürəcək. Matçı Halil Umut Melerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.