AZ

Azərbaycandan Ermənistanı qarışdıran addım

“Basarkeçər” adlı Azərbaycan şərabının satışa çıxarılması Ermənistanda narahatlıqla qarşılanıb.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri məqalə dərc edib. 

Azərbaycan istehsalı olan “Basarkeçər” şərabının Asiya və Amerika bazarlarında geniş satıldığı qeyd edilir. 

“Şərabın etiketində “Qərbi Azərbaycan” adlandırdıqları Ermənistan Respublikasının Geğarkunik bölgəsi, Sevan gölü - “Göyçə”, xəritədə Qaranlux kimi qeyd olunmuş doğma Martuni, vətənim Vardadzor kəndi isə Adamxan kimi təqdim olunur”, - deyə məqalənin müəllifi Raffi Aslanyan yazıb.

Seçilən
39
cebheinfo.az

1Mənbələr