AZ

Hər bir təxribatla ciddi şəkildə mübarizə aparılacaq – İran ordusunun bəyanatı

Bakı. Trend:

İran ordusu destabillik və iğtişaş yaratmağa çalışan istənilənəcnəbi təxribatla mübarizə aparacaq.

Trend-inməlumatına görə, bu, İran ordusunun yaydığı bəyanatda öz əksinitapıb.

Bəyanata əsasən, İran ordusu ölkənin digər silahlı qüvvələri iləyanaşı öz vəzifəsi çərçivəsində bütün hərəkətləri nəzarətdəsaxlayır, milli mənafeyi, ölkənin strateji infrastrukturları vəictimai əmlakı qorumaqdadır.

Bildirilir ki, İran xalqı 47 il öncə bütün planları alt-üstedərək öz istiqlalını əldə edib. Lakin hazırda qərb ölkələrimüxtəlif planlar və təxribatla yenə də İslam İnqilabından öncəkivəziyyəti bərpa etmək istəyirlər.

Bəyanatda qeyd olunur ki, İran ordusu vətəndaşlarıayıq-sayıqlığı qorumaqla məkrli planlara aldanmamağa və qərəzliməqsədləri puç etməyə çağırıb.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Məqalədə:
Seçilən
53
1
az.trend.az

2Mənbələr