İranın bütün media resurslarına çıxış dayanıb.
“Cebheinfo.az”-ın məlumatına görə, buna səbəb ölkədə internetin kəsilməsidir.
Ölkənin bütün informasiya agentlikləri, xəbər portalları və dövlət orqanlarının rəsmi saytlarından hər hansı məlumat almaq mümkün deyil.
Qeyd edək ki, yanvarın 9-da ABŞ aksiya iştirakçılarının internetə daxil olmasına şərait yaratmaq üçün “Starılink” peykini İran üzərində aktiv edib.
Lakin media resursları yalnız dövlət nəzarətində olan internet resurslarından istifadə edir.