AZ

13 yaşlı qız dəm qazından zəhərləndi

Qobustan rayonunda 13 yaşlı qız dəm qazından zəhərlənib.

Azedu.az-ın məlumatına görə, rayon sakini, 2013-cü il təvəllüdlü M.Maxsudova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
3
azedu.az

4Mənbələr