AZ

İranda etirazlar şiddətlənir - prokuror və polislər yandırılaraq öldürüldü...



İranda etirazlar getdikcə daha da şiddətlənir. Məlumata görə, Xorasanda etirazçılar tərəfindən bir prokuror və bir neçə polis əməkdaşı öldrülüb.

Şimali Xorasan Prokurorluğunun bununla bağlı açıqlamasında bildirilir, müxtəlif bölgələrdən gələn təxribatçılar prokuror içərisində Əli Əkbər Xoseynzadə və polis əməkdaşlarının olduğu konteyneri yandırıblar. Etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olublar və nəticədə prokuror və onu müşayiət edən polis əməkdaşları həlak olublar.

Şimali Xorasan Prokurorluğu hadisə ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

Məhkəmə rəisi Qulam Hüseyn Möhsün Ejei də prokuror Xoseynzadənin ölümündən sonra başsağlığı verib.

TAHİR

Seçilən
24
baki-xeber.com

1Mənbələr