AZ

Maskdan qalmaqallı repost: Britaniya baş nazirinə “bikini geyindirdi” – FOTO

Amerikalı milyarder və sahibkar İlon Mask Böyük Britaniyanın Baş naziri Kir Starmerin süni intellektlə yaradılmış bikinidə təsvir olunduğu fotoları “X” sosial şəbəkəsində yenidən paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, Mask paylaşımına “Onlar sadəcə söz azadlığını qadağan etmək istəyirlər” şərhini əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Kir Starmer Britaniyanın media tənzimləyicisi Ofcom-a “X” platformasının mümkün bloklanması məsələsini araşdırmağı tapşırmışdı.

Buna səbəb kimi isə İlon Maska məxsus Grok adlı neyroşəbəkənin açıq-saçıq xarakterli dipfeyk görüntülər yarada bilməsi, o cümlədən azyaşlılarla bağlı saxta təsvirlərin texniki olaraq mümkün olması göstərilib.

Məsələ Britaniyada söz azadlığı, süni intellektin etik çərçivələri və onlayn təhlükəsizliklə bağlı geniş müzakirələrə yol açıb.

Aliyə

Seçilən
60
nocomment.az

1Mənbələr