AZ

Qərəzli beynəlxalq institutlardan imtina: qlobal tendensiya və Azərbaycanın qabaqlayıcı addımları – ŞƏRH

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın onlarla beynəlxalq agentlikdəüzvlüyün dayandırıldığını elan etməsi səbəbsiz deyil. Butəşkilatların siyahısına diqqət yetirsək, dünyanın ən nəhəngtəşkilatı olan BMT və onun çoxsaylı alt qurumları artıq heç birtəsir gücü olmayan, missiyalarını itirmiş strukturaçevriliblər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-AmerikaBirləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupununüzvü Könül Nurullayeva deyib.

Millət vəkilinin sözlərinə görə, keçmiş geosiyasi reallıqlarməqsədilə yaradılmış BMT müasir çağırışlara cavab vermir, butəşkilatın artıq çevik və effektiv qərar mexanizmi də yoxdur:

“Elə bir reallıq yaranıb ki, münaqişələrin qarşısının alınması,humanitar böhranların aradan qaldırılması, inkişaf proqramlarınınreal nəticələr verməsi istiqamətində ciddi nəticələr yoxdur. Busəbəbdən böyük dövlətlər sözügedən strukturları faydasız yük kimiqiymətləndirir”.

Deputat bildirib ki, ABŞ-nin əməkdaşlığı dayandırmağahazırlaşdığı təşkilatlardan biri olan Avropa Şurasının VenesiyaKomissiyası da daha çox qərəzli şəkildə dövlətlərin daxili işlərinəmüdaxilə edən qurum kimi nüfuzunu itirib:

“Azərbaycan artıq 2014-2015-ci illərdə ATƏT-in Bakı ofisinisəmərəsiz və qərəzli fəaliyyətinə görə bağlayıb. 2025-ci ildə isəölkəmiz bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarlaəməkdaşlığa yenidən baxaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıvə UNDP kimi qurumların Bakıdakı ofislərinin fəaliyyətinidayandırdı. Bu qərarlar milli maraqlara əsaslanan praqmatikyanaşmanın məhsuludur”.

K.Nurullayeva vurğulayıb ki, ABŞ-nin bu gün atdığı addımlarAzərbaycanın illər əvvəl gəldiyi nəticələri təsdiqləyir. Beynəlxalqtəşkilatlar dövlətlərin suverenliyinə hörmət etmədikdə, siyasialətə çevrildikdə və real nəticə vermədikdə onlardan imtinaqaçılmaz olur.

“Prezident İlham Əliyevin media ilə son görüşündə səsləndirdiyifikirlər də məhz bu reallığı əks etdirirdi. Dövlət başçısı açıqşəkildə beynəlxalq hüququn və beynəlxalq təşkilatların faktikiolaraq iflic vəziyyətində olduğunu, dünyada “güclünün haqlı olması”prinsipinin hökm sürdüyünü vurğuladı. Azərbaycan bu reallığı illərəvvəl düzgün qiymətləndirərək öz siyasətini milli maraqlar üzərindəqurub. Bugünkü hadisələr isə göstərir ki, bu yanaşma təkcəAzərbaycanın deyil, artıq qlobal miqyasda qəbul edilən yeni siyasireallıqdır”, - deyə o qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Meksikaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü GünayAğamalı isə Trend-ə açıqlamasında deyib ki, ABŞ liderinin bir sırabeynəlxalq təşkilat və agentliklərdə üzvlüyün dayandırıldığını elanetməsi təsadüfi addım deyil. Bu qərar əslində müasir beynəlxalqmünasibətlər sistemində dərinləşən çoxtərəfli diplomatiyaböhranının açıq etirafıdır:

“Məsələni sadələşdirib “ABŞ beynəlxalq təşkilatlardan uzaqlaşır”kimi təqdim etmək doğru olmaz. Əksinə, bu prosesin kökündə həminqurumların özlərinin zamanın çağırışlarına cavab verə bilməməsi,funksional baxımdan köhnəlməsi və effektivliyini itirməsidayanır.

Bu gün reallıq ondan ibarətdir ki, bir çox beynəlxalqtəşkilatlar artıq real problemlərin həlli ilə deyil, siyasişablonlar, ikili standartlar və selektiv yanaşmalarla məşğuldur.BMT və onun alt qurumları uzun illərdir, ədalətsizliklərə,münaqişələrə, humanitar böhranlara təsir göstərə bilmir. Nəticədəbu institutlar beynəlxalq hüququn təminatçısı yox, onun formalatributuna çevrilib. ABŞ-nin sözügedən qurumlardan çıxmasını daməhz bu kontekstdə qiymətləndirmək lazımdır”.

Deputat vurğulayıb ki, bu baxımdan Azərbaycanın atdığı addımlartəsadüfi deyil, ardıcıl dövlət siyasətinin tərkib hissəsidir:

“2025-ci ildə Azərbaycan bir sıra qeyri-effektiv beynəlxalqtəşkilatlarla əməkdaşlığın Bakıdakı formatına son qoydu. O cümlədənBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı(UNDP) kimi qurumların ofislərinin bağlanması həmin strukturlarınölkəmizdə fayda verməməsi ilə bağlı idi. Azərbaycan suveren dövlətkimi öz daxili ehtiyaclarını, prioritetlərini və imkanlarını özümüəyyən edir və formal fəaliyyətdən başqa nəticə ortaya qoymayanqurumlara ehtiyac duymur”.

Millət vəkili bildirib ki, ABŞ-nin BMT-nin Əhali Fondundançıxması və eyni zamanda Avropa Şurasının Venesiya Komissiyası iləəməkdaşlığı dayandırması da diqqətçəkən məqamdır:

“Xüsusilə Venesiya Komissiyası uzun illər ərzində bir çoxölkələrə, o cümlədən Azərbaycana qarşı “özündən razı” baxışsərgiləyərək seçki prosesləri adı altında daxili işlərə müdaxiləetməyə çalışıb. Bu cür yanaşmaların nə hüquqi, nə də siyasilegitimliyi var və artıq Qərbin özündə belə bu qurumların rolunayenidən baxılır.

Azərbaycan hələ 2014–2015-ci illərdə ATƏT-in Bakı ofisinisəmərəsiz və qərəzli fəaliyyətinə görə bağlamışdı. Qərar millimaraqlara söykənən düşünülmüş addım idi. Sonrakı illər göstərdi ki,Azərbaycan bütün məsələlərdə olduğu kimi bu məsələ də haqlı idi. Bugün baş verən qlobal proseslər də sübut edir ki, ölkəmizinbeynəlxalq təşkilatlara münasibətdə strateji və prinsipialdır”.

G.Ağamalı əlavə edib ki, Prezident İlham Əliyevin media ilə songörüşündə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir.

“Beynəlxalq hüquq mexanizmləri faktiki olaraq iflicvəziyyətindədir, beynəlxalq təşkilatlar real gücə malik deyil vədünyada artıq “haqlı olan yox, güclü olan” qaydası işləyir.Azərbaycan illər əvvəl bu reallığı bilərək öz təhlükəsizliyini,suverenliyini və inkişaf yolunu məhz öz gücünə və milli iradəsinəsöykənərək qurub.

ABŞ, Azərbaycan və digər dövlətlərin oxşar addımlar atması onugöstərir ki, köhnə beynəlxalq sistem dağılır. Yeni dünya düzənireal gücə, peşəkar liderliyə və milli maraqlara əsaslanan dövlətlərtərəfindən formalaşdırılır. Ölkəmiz yeni mərhələyə hazırdır vəbeynəlxalq arenada güclü söz sahibidir”, - deyə o fikriniyekunlaşdırıb.

Seçilən
41
az.trend.az

1Mənbələr