AZ

“Ayaks” Zlatan İbrahimoviçin oğlunu heyətinə qatmaq istəyir

Niderlandın “Ayaks” klubu İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviçlə müqavilə bağlamaq niyyətindədir.

İdman.Biz xəbər verir ki, bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, M.İbrahimoviç “Milan”dan satınalma hüququ ilə icarəyə götürülməlidir. Gözlənilir ki, Maksimilian əsas komanda ilə məşq edəcək, ilkin mərhələdə isə gənclər komandasında çıxış edəcək.

Bir sıra digər Niderland klubları ilə aparılan danışıqlardan sonra sol cinah vingeri məhz “Ayaks”a üstünlük verir.

“Milan”ın gənclər komandasında Maksimilian İbrahimoviç 19 oyunda meydana çıxıb, bu görüşlərdə beş qol vurub və beş məhsuldar ötürmə verib.

İdman.Biz
Seçilən
59
1
idman.biz

2Mənbələr