AZ

Bakının Yeni il atəşfəşanlığını kosmosdan kim çəkib? – MARAQLI GÖRÜNTÜLƏR

Bakının Yeni il gecəsi işıqları və atəşfəşanlığını kosmosdan əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu kadrları paylaşan şəxs NASA-nın fəaliyyətdə olan astronavtlarından biri — Chris Williamsdır.

Astronavt yazır ki, Yeni il gecəsi iş gününün sonunda Beynəlxalq Kosmik Stansiyanın pəncərələrindən birindən gecə çəkilişləri üzərində məşq edirmiş. Viliamsın sözlərinə görə, artıq keçməli olduğu müşahidə nöqtələrini geridə qoyduğunu düşündüyü anda aşağıda yerləşən şəhərin işıqlarının qəribə şəkildə “sayrışdığını” görüb.

Viliams bildirir ki, bunu fərq edən kimi dərhal video çəkməyə başlayıb və az sonra başa düşüb: kosmik stansiya orbit üzrə şərqə doğru hərəkət etdikcə artıq 2026-cı ilə daxil olublar. Məhz həmin anda o, Bakıda Yeni il atəşfəşanlığını kosmosdan canlı şəkildə izlədiyini anlayıb.

Astronavt qeyd edib ki, bu nadir və təsirli kadrlar Nikon Z9 fotoaparatı və 400 mm obyektiv vasitəsilə çəkilib. Onun paylaşımı qısa müddətdə minlərlə baxış və paylaşım toplayıb, istifadəçilər isə Bakının kosmosdan görünüşünü xüsusi maraq və qürur hissi ilə qarşılayıblar.


Seçilən
63
1
manset.az

3Mənbələr