Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı şərəflə ucaldırlar.Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.“Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı şərəflə ucaldırlar. Bu şərəfli yolda Azərbaycan kikboksçuları öz üzərlərinə düşən missiyanı uğurla yerinə yetirirlər. Keçən ilin statistikasına baxsaq, Azərbaycan kikboksçularının uğurlarının nə qədər məhsuldar olduğu aydın görünür”.A. Aslanov 2026-cı ildə federasiyanın daha məhsuldar nəticələr verəcəyinə inandığını bildirib.“Federasiyada idmançılarımız arasında böyük ruh yüksəkliyi və əzm var. Bu davam etdiyi müddətdə fəaliyyətimizin səmərəli olacağı şübhəsizdir. Üstəlik, ölkədə dövlət səviyyəsində göstərilən diqqət və qayğı idmançılarımız üçün böyük mənəvi-psixoloji dəstəkdir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.