AZ

Tahir Kərimlidən Nemət Pənahlının dediklərinə reaksiya: “Ləl-cəvahirət Fondunda toplanan, iki hesaba yığılan 156 milyon və 101 milyon vəsaitin taleyini öyrənməliyik”

Nemət Pənahlının 1980-ci illərin sonunda meydanda yığılan 10 milyon pulun Əbülfəz Elçibəy tərəfindən mənimsənilməsini deməsi inandırıcı deyil. Ən azından bu işə görə Nemət Pənahlı özü məsuliyyət  daşıyırdı.

 

Pravda.az-ın xəbərinə görə, bunu 1992-1993-cü illərdə Ali Məhkəmənin sədri olmuş, sabiq deputat Tahir Kərimli bildirib.

 

"Ancaq mən o zaman nəinki şifahi, həm də mətbuatda bir neçə dəfə bu məsələləri qaldrmışdım ki, biz AXC-nin yüksək toplantısını keçirib, AXÇ hakimiyyətinin süqut etməsinin səbəblərini müəyyən və  elan etməli, həmçinin meydanda yığılan, Yusif Səmədoğlunun hesabına köçürülən, Ləl-cəvahirət Fondunda toplanan, iki hesaba yığılan 156 milyon və 101 milyon vəsaitin taleyini öyrənməliyik. Məsələn, şəxsən hakim maaşımı rəsmi şəkildə köçürmüşdüm, əlavə olaraq, əqidədaşlarımla birlikdə nəğd pul yollamışdıq. İndiyə kimi AXC rəhbərliyinin buna heç bir rəsmi izah verməməsi, əlbəttə, suallar doğurur", - T.Kərimli qeyd edib.

 

Nadir

Tarix: 10 Yanvar 2026, 14:06   
Seçilən
48
1
pravda.az

2Mənbələr