Bakı.Trend:
Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazalarınbirində quraşdırılan ödəmə terminalından pul və tütünməmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidəkameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumatdaxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumatagörə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluqəməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analojiəməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyənedilib.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkantədbiri seçilib. Araşdırmalar davam etdirilir.