Bu gün "Bakı" qəzetinin yaradılmasından 68 il ötür.
Aznews.az xəbər verir ki, ilk sayı 1958-ci il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görən "Bakı" qəzeti beş il sonra iyulun 1-də rus dilində şəhər qəzeti kimi fəaliyyətə başlayıb.
Mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatı olan qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyev olub.
Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli - B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər formalaşıb.
Qəzet əvvəlcə kiçik formatda fəaliyyətə başlayıb. Sonradan oxucu marağı, xüsusilə də rus oxucular nəzərə alınıb, onun həcmi genişləndirilərək "Baku" qəzetinin də paralel nəşrinə başlanılıb.