Rusiyanın Kamçatka diyarında 5.8 və 5.4 bal gücündə iki zəlzələ qeydə alınıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 178 km məsafədə baş verib. Zəlzələnin episentri 25.8 km dərinlikdə yerləşib.
İkinci zəlzələ Petropavlovsk-Kamçatskidən 319 km məsafədə baş verib, episentri isə 61.5 km dərinlikdə yerləşib.
10:04
Rusiyanın Kamçatka diyarında 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskidən 478 km aralıda baş verib, episentr 35.1 km dərinlikdə yerləşib.
"Cebheinfo.az"