ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün futbol üzrə Türkiyə Superkubokunun final oyununda əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşırlar.
Axar.az xəbər verir ki, oyunun əsas hakimliyi Halil Umut Melerə, VAR Ömer Faruk Turtaya, AVAR isə Anıl Usta və Ali Şansalana tapşırılıb.
İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək oyunun başlama saatı da qeyri-sabit hava şəraiti ilə əlaqədar dünən dəyişdirilib. Belə ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma saat 19:45-də start götürəcək.
Türkiyə Superkuboku, final
19:45. "Qalatasaray" - "Fənərbağça"
Atatürk Olimpiya Stadionu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.