AZ

Baharistanda 100 nəfər həbs edildi, İsfahanda məktəblər bağlandı

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın Baharistan bölgəsində 100 nəfər həbs edilib, İsfahanda isə məktəblərin bağlanmasına qərar verilib.

Axar.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, həbs haqqında məlumatı agentliyə Baharistan bölgəsinin qubernatoru verib.

Qubernatorun sözlərinə görə, sözügedən şəxslər ictimai asayişi pozub və iğtişaşlara rəhbərlik ediblər. Belə ki, onlar xalqa və təhlükəsizlik qüvvələrinə qarşı soyuq və odlu silahlardan istifadə ediblər.

İsfahan vilayətinin böhran idarəetmə direktoru isə diqqətə çatdırıb ki, vilayət və vilayətin bütün rayonlarının məktəbləri sabah təhsilin bütün səviyyələrində qiyabi formata keçəcək:

"Həmçinin, bütün uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələri də sabah bağlı olacaq".

Xatırladaq ki, İranda iki həftədir mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Son bir həftə ərzində İranda ən azı 217 etirazçı həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
3
axar.az

5Mənbələr