AZ

İran bu ölkə ilə iqtisadi əlaqələri müzakirə etdi

BAKI, 10 yanvar. TELEQRAF

"İran Livanla iqtisadi əlaqələri genişləndirməyə hazırdır".

Teleqraf xəbər verir ki, bunuİranın xarici işlər naziri Abbas Əraqçi Beyrutda Livanın iqtisadiyyat naziri Amer Əl-Əlsət ilə görüşü zamanı deyib.

Görüşdə İran və Livan arasında iqtisadi və ticarət əlaqələrini müzakirə edilib.

İran xarici işlər naziri İran-Livan Birgə İqtisadi və Ticarət Komissiyasının dirçəldilməsinin ticarət əməkdaşlığının gücləndirilməsi üçün yol açacağını bildirib və komissiyanın mümkün qədər tez bir zamanda çağırılmasının vacibliyini vurğulayıb.

Livan iqtisadiyyat naziri ölkəsindəki sosial-iqtisadi vəziyyətdən danışıb və iqtisadi islahatlar planlarını təqdim edib.

O, həmçinin qeyd edib ki, Livan İran da daxil olmaqla, regiondakı bütün ölkələrlə iqtisadi və ticarət əlaqələrini gücləndirmək niyyətindədir.


Seçilən
62
teleqraf.com

1Mənbələr