AZ

''Beşiktaş''ın sabiq üzvü Sərgən Yalçının vəziyyəti düzələcəyinə inanır

''Beşiktaş''ın stajlı fanatlarına gözəl tanış olan Filip Holoşko özəl bir tədbir üçün İstanbula gəlib.

"Football-plus.az" xəbər verir ki, türkiyəli həmkarlarımız fürsətdən istifadə edərək onunla söhbətləşiblər.

Hazırda 41 yaşı olan sabiq slovakiyalı futbolçu İstanbul nəhəngində 2008-15-ci illərdə top qovaraq 192 oyunda aktivinə 55 qol, 28 məhsuldar ötürmə yazıb. 2009-cu ildə qazanılan çempionluqda heç da az rol oynamayan Holoşko qarşıdan gələn superkubokun finalı, eləcə də ''Beşiktaş''ın son durumu haqda fikirləri ilə bölüşərək bunları deyib:
''Superkubokun maraqlı keçəcəyini düşünürəm. Çünki hər iki komanda yaxşı durumdadı. Çempionatda da ilk iki pillədə qərarlaşıblar. Bir-birilərinə qarşı hər zaman böyük rəqabət içindədilər. Fikrimcə, əsas vaxtda bərabərlik qeydə alınacaq. Qalib ya əlavə vaxtda, ya da penaltilər seriyasında bəlli olacaq. ''Beşiktaş'' son iki mövsümü inamlı keçirməyib. Amma Sərgən Yalçın ilə daha yaxşı performans sərgiləyəcəklərini düşünürəm. Çünki daha öncə bu komanda ilə çempion olub. Ümid edirəm ki, onunla birlikdə yeni səviyyəyə yüksələcəklər. Gələcəkdə Türkiyədə menecer kimi çalışa bilərəm. ''Beşiktaş'' fanatlarını çox sevirəm. Mənə çox enerji verdilər. Ən böyük qartal''.
Seçilən
21
football-plus.az

1Mənbələr