AZ

“Amil Xəlil ictimai əxlaqın qorunması istiqamətində cəsartəli fikir söyləyib” -Fazil Mustafa

"Audiovizual Şurası dekabrın 25-i “Space TV”də yayımlanan “Gəl, danış!” proqramında aparıcının çıxışına görə (“Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulduğundan) yanvarın 14-ü saat 12:00-dan saat 15:00-dək yayımının 3 saatlıq dayandırılması barədə qərar verib".

Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkəsində yazıb.

"Tamamilə yanlış qərardır. Şəxsən tanımasam da, verilşlərindən istedadını və cəfakeşliyini qiymətləndirdiyim Amil Xəlil ictimai əxlaqın qorunması istiqamətində cəsartəli fikir söyləyib, şəxsən kimisə hədəfə almayıb və tövsiyyəsi də sağlam məntiqə dayanır. Cəmiyyətdə baş verən əxlaqi deqradasiyanı jurnalistin dilə gətirməsinə qarşı bu cür addımlar zərərlidir. O halda kim danışacaq bu neqativləri, kim insanlara doğru fikirləri aşılayacaq? Söyüş söyməyib, təhqir etməyib, mədəni üslubda fikir söyləyib, buna görə televiziyanın və jurnalistin hədəfə alınmasını yanlış hesab edirəm".

Aytəkin TOFİQQIZI

Seçilən
92
9
redaktor.az

10Mənbələr