Xəbər verdiyimiz kimi, Əməkdar artist Ruhəngiz Allahverdiyeva 70 illik yubileyini ailə üzvləri və sənət dostları ilə birlikdə qeyd edib.
Milli.Az xəbər verir ki, yubiley mərasimindən yayılan görüntülər arasında sənətçinin oğlu ilə rəqsi isə xüsusi marağa səbəb olub. Ana və oğulun səmimi, duyğulu rəqsi sosial şəbəkələrdə qısa zamanda yayılaraq gündəm olub.
İzləyicilər paylaşılan videoya çoxsaylı müsbət şərhlər yazaraq Ruhəngiz Allahverdiyevanı yubileyi münasibətilə təbrik edib və ailə dəyərlərinə verdiyi önəmi yüksək qiymətləndiriblər. Bir çoxları ana ilə oğul arasındakı isti münasibətin hər kəsi kövrəltdiyini qeyd edib.
Həmin anları təqdim edirik:
Musa
Milli.Az