AZ

Bekhemlər ailəsində gərginlik pik həddədir

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bekhemlər ailəsində gərginlik pik həddə çatıb.

BAKU.WS "Entertainmenttonight"a istinadən xəbər verir ki, ötən il yayın sonları Bruklin valideynləri Devid və Viktoria Bekhema rəsmi hüquqi məktub göndərib və onlardan onunla birbaşa deyil, yalnız vəkillər vasitəsilə əlaqə saxlamalarını xahiş edib.

Bu məktub "cease and desist" (dayandır-və-təslim ol) tipli hüquqi xəbərdarlıq kimi göndərilib və ailə münasibətlərindəki gərginliyi daha da artırıb.

Bu addımın məqsədi yaranmış problemləri ictimai müstəvidən uzaq, daha sakit və məxfi şəkildə həll etmək olub.

Bruklin valideynlərinin onunla bağlı mövzuları açıq şəkildə müzakirə etməyə davam etdiyini düşünərək vəziyyətdən narazı qalıb. Nəticədə, son çıxış yolu kimi valideynlərini sosial şəbəkələrdə bloklamaq qərarı verib.

Devid və Viktoriya dəfələrlə Bruklin və onun həyat yoldaşı Nikola Peltz ilə üz-üzə görüşüb problemləri müzakirə etməyə çalışdıqlarını bildirib. Mənbənin sözlərinə görə, məqsəd münasibətləri normallaşdırmaq və ailə bağlarını bərpa etməkdir.

"Devid üçün uşaqları hər şey deməkdir. O, onları sonsuz dərəcədə sevir," - deyə mənbə vurğulayıb.

Həmçinin qeyd olunub ki, Bruklin və Nikola Devid Bekhemin cəngavərlik titulu aldığı mərasim də daxil olmaqla, bütün ailə tədbirlərinə dəvət ediliblər. Onların həm şəxsi, həm də ictimai tədbirlərdən kənarda saxlanmadığı xüsusi olaraq bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
baku.ws

1Mənbələr