Bakı. Trend:
Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “TufanM-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxilolub.
Trend bu barədəDaxili İşər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləritədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadəmüəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqdaşübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindənsaxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.