AZ

Medvedev Avropanı raket zərbələri ilə belə hədələdi

"Vahid Rusiya" partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa liderlərini hədələyib.

Publika.az xəbər verir ki, o, "X"də liderlər üçün video paylaşıb. Videoda "Oreşnik" raketinin zərbəsi əks olunub.

Medvedev Avropa liderlərini Rusiyanın Ukraynada Qərb ölkələrindən olan heç bir hərbi kontingenti qəbul etməyəcəyi barədə xəbərdar edib.

O yazıb: "Avropalı rəhbər axmaqlar Avropada müharibə istəyirlər. Min dəfə deyilib ki, Rusiya Ukraynadakı Avropa ölkələrindən və ya NATO-dan heç bir hərbi kontingenti qəbul etməyəcək".

Medvedev onu da əlavə edib ki, "Yaxşı, buyurun gəlin. Əks halda belə olacaq".

Seçilən
17
publika.az

1Mənbələr