ABŞ dövlət katibi Marko Rubio İran hökumətinin internetin bağlanması qərarından və ölkəni bürüyən dövlət əleyhinə etirazları yatırmaq cəhdlərindən sonra ABŞ-nin İran xalqına dəstəyini ifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, öz "X" hesabında paylaşım edib.
"ABŞ cəsur İran xalqını dəstəkləyir", - deyə Rubio paylaşımda qeyd edib.