Azərbaycan Basketbol Liqasında (ABL) XII turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sabah" və NTD üz-üzə gəlib.
Görüş "bayquşlar"ın 45 xal fərqli qələbəsi ilə başa çatıb - 121:76.
Günün digər oyununda "Neftçi" və "Şəki" qarşılaşacaq.
Bu oyun saat 17:00-da start götürəcək.