İran ordusu əhalini ayıq-sayıq olmağa və ölkədə qeyri-sabitlik və iğtişaşları qızışdırmağa yönəlmiş düşmən planlarının qarşısını almağa çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Şənbə günü İranın bir neçə şəhərində baş verən kütləvi iğtişaşlardan sonra verilən açıqlamada ordu “təcavüzkar və şər ABŞ hökuməti”nin İran xalqı üzərində hakimiyyətini yenidən bərqərar etmək üçün plan qurduğu barədə xəbərdarlıq edib:
“ABŞ, cinayətkar sionist rejim və terrorçu qruplar 2025-ci ilin iyun ayında başlayan 12 günlük müharibədəki uğursuzluqlarından sonra İranda təhlükəsizliyi pozmaq üçün birləşiblər".
Bəyanatda vurğulanıb ki, ordu bölgədəki düşmənçilik fəaliyyətlərini izləmək, milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qorumaq və hər hansı bir plana ciddi şəkildə qarşı çıxmaq üçün digər silahlı qüvvələrlə əməkdaşlıq edir.