AZ

Türkiyənin  turizm tarixində bir ilk: Antalya dünyanın ən yaxşı turizm şəhəri siyahısına daxil edildi...

Beynəlxalq bazar araşdırmaları sahəsində aparıcı qurumlardan biri olan Euromonitor International hər il böyük maraqla gözlənilən “2025-ci il üçün Dünyanın ən yaxşı 10 Turizm şəhəri” (Top 10 Cities for Tourism Performance in 2025 Index) siyahısını açıqlayıb.

Poliqon xəbər verir ki, ilk dəfə olaraq bu siyahıya Türkiyənin Antalya şəhəri daxil edilib.

Paris, Dubay və Nyu-York kimi dünya miqyasında tanınmış şəhərlərlə eyni siyahıda yer alan Antalyanın bu siyahıya daxil edilməsi, turistlərin axtarış sistemlərində ən çox axtarılan şəhərlərdən biri olması, həmçinin şəhərə marağın artması ilə bağlıdır.

Euromonitor International siyahını tərtib edərkən yalnız turist sayı ilə kifayətlənməyib. Araşdırma zamanı turizm infrastrukturu, təhlükəsizlik, səhiyyə, iqtisadi göstəricilər, rəqəmsallaşma səviyyəsi və davamlılıq kimi 55-dən çox göstərici nəzərə alınıb. Antalyanın ilk onluğa daxil olması bu sahələrdə göstərdiyi yüksək performansın göstəricisi sayılır.

Euromonitor International-in müəyyən etdiyi 2025-ci ilin ən güclü turizm performansına malik şəhərləri bunlardır:

Orlando – ABŞ (Florida)

Nyu-York – ABŞ

Məkkə – Səudiyyə Ərəbistanı

Paris – Fransa

Antalya – Türkiyə

Mədinə – Səudiyyə Ərəbistanı

Los-Anceles – ABŞ

Dubay – Birləşmiş Ərəb Əmirlikləri

Kankun – Meksika

Kioto – Yaponiya

Poliqon.info

Seçilən
36
2
poliqon.info

3Mənbələr