Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Çinin bir sıra dövlət şirkətləri yapon tərəfdaşlarına artıq onlarla yeni nadir mineralların tədarükü ilə bağlı müqavilə bağlamayacaqlarını bildiriblər. Bu cür mövcud müqavilələrin ləğv edilməsi ehtimalı da nəzərdən keçirilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Kyodo" xəbər agentliyi Pekin və Şanxaydakı mənbələrə istinadən məlumat yayıb.
Çin Ticarət Nazirliyinin açıqlamasına görə, Rəsmi Pekin Yaponiyaya "hərbi məqsədlər üçün" ikili təyinatlı malların ixracına embarqo tətbiq edib. Lakin bu siyahıya konkret hansı malların daxil ediləcəyi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Çin ilk dəfə nadir minerallar tədarükündən imtina edir və bu qərar Yaponiya sənayesinə ciddi zərbə vura bilər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.