Futbolu üzrə İspaniya La Liqasında bu günlərdə 19-cu turun oyunları start götürəcək.
İdman.Biz xatırladır ki, bu arada Ciddədə (Səudiyyə Ərəbistanı) təşkil olunan İspaniya Superkuboku müəyyən düzəlişlər həyata keçirilib. Turnirdə eyni anda dörd top-klub – “Barselona”, “Real” (Madrid), “Atletiko” və Bilbao “Atletik”i çıxış edir. Kataloniyalılar yarımfinalda “Atletik”i 5:0 hesabı ilə darmadağın ediblər, “Real” isə “Atletiko”ya 2:1 hesabı ilə qalib gələrək bazar gününə planlaşdırılan finala yüksəlib.
Çempionat çərçivəsində isə bu klublar 19-cu turun oyunlarını hələ dekabrın əvvəlində keçiriblər. Turnir cədvəlinə 49 xalla “Barselona” liderlik edir. Ardınca 45 xalla “Real”(Madrid) gəlir. “Vilyarreal” və “Atletiko” isə hərəyə 38 xal toplayaraq çempionluq tempini qoruyur və Çempionlar Liqası zonasındadır.
“Vilyarreal” – “Alaves” (10 yanvar)
“Vilyarreal” qarşıdakı oyuna möhkəm turnir bazası və ehtiyat oyunlar hesabına liderlərlə fərqi azaltmaq üçün real şansla çıxır. Marselinonun komandası 2026-cı ilə səfərdə “Elçe” üzərində 3:1 hesablı qələbə ilə başlayıb. Hazırda komandanın 38 xalı var və “Barselona” ilə “Real”dan iki oyun az keçirib.
“Sarı sualtı qayıq”da kadr vəziyyəti qarışıq görünür. Diskvalifikasiyadan sonra Tejon Byukenən və Renatu Veyqa heyətə qayıdır. Tomas Parteyin də sifarişə salınma ehtimalı var. Bununla yanaşı, Villi Kambvala və Loqan Kosta hələ də sıradan çıxıb. Pape Qeye və İlyas Axomaş Afrika Millətlər Kubokunda iştirak etdikləri üçün komandaya kömək edə bilməyəcəklər. Müdafiəçi Pau Navarro isə sual altındadır.
Marselino oyundan əvvəl verdiyi açıqlamalarda xüsusi olaraq vurğulayıb ki, “Alaves” rəqibdən maksimum konsentrasiya və keyfiyyət tələb edən komandadır və “Vilyarreal” üçün öz meydanında üstünlüyü qorumaq çox vacibdir.
“Alaves” isə səfərə zəif nəticələr fonunda yollanır. Basklar Pamplonada “El Sadar” stadionunda məğlub olub, daha sonra evdə “Real Ovyedo” ilə 1:1 hesablı heç-heçə ediblər. Komanda son yeddi turda cəmi bir qələbə qazanıb və səfərdə mövsüm ərzində yalnız bir dəfə qalib gəlib.
Qonaqlarda da itkilər az deyil: Karlos Protesoni diskvalifikasiya olunub, Fakundo Qarses FIFA-nın qərarı ilə kənarlaşdırılıb, Denis Suares klublar arasındakı razılaşmanın şərtlərinə görə oynaya bilməyəcək. Hücumçu Lukas Boye isə “son ana qədər” variant kimi göstərilir.
La Liqanın 19-cu turunun digər oyunları
10 yanvar
“Vilyarreal” – “Alaves”
“Valensiya” – “Elçe”
“Real Ovyedo” – “Betis”
“Jirona” – “Osasuna”
11 yanvar
“Levante” – “Espanyol”
“Rayo Valyekano” – “Malyorka”
12 yanvar
“Sevilya” – “Selta”
Xatırladaq ki, 19-cu turun bəzi oyunları daha əvvəl oynanılıb:
2 dekabr
“Barselona” – “Atletiko” 3:1
3 dekabr
“Atletik” Bilbao – “Real Madrid” 0:3
9 yanvar
“Xetafe” – “Real Sosyedad” 1:2
Hazırda La Liqanın turnir cədvəli:
“Barselona” – 49
“Real" (Madrid) – 45
“Vilyarreal” – 38
“Atletiko” – 38
“Espanyol” – 33
“Betis” – 28
“Selta” – 26
“Atletik” Bilbao – 24
“Elçe” – 22
“Real Sosyedad” – 21
“Xetafe” – 21
“Sevilya” – 20
“Osasuna” – 19
“Alaves” – 19
“Rayo Valyekano” – 19
“Malyorka” – 18
“Jirona” – 18
“Valensiya” – 16
“Levante” – 13
“Real Ovyedo” – 12