AZ

2 km yol gedənlə 30 km yol gedənin eyni məbləğ ödəməsi sosial ədalətə uyğun deyil AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Nəqliyyatda gediş haqlarının müəyyənləşdirilməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Lakin əksər ölkələrdə diferensial sistem tətbiq olunur. Yəni ödəniş ya məsafəyə, ya da dayanacaq və ya stansiya sayına görə hesablanır. Bu isə daha ədalətli yanaşma sayılır".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. O, bildirib ki, həm avtobuslarda, həm də metroda məsafəyə əsaslanan diferensial sistem tətbiq edilə bilər:"Lakin bu sistem elə qurulmalıdır ki, hazırkı 60 qəpik maksimum qiymətə çevrilməsin. Əksinə, 60 qəpik orta tarif kimi qalmalıdır. Məsələn, 1–2 stansiya gedən sərnişin 40 qəpik, 3–5 stansiya gedən 50 qəpik, orta məsafə gedən 60 qəpik, uzun məsafə gedənlər isə 70–80 qəpik ödəməlidir. Bu halda bir tərəf üçün bahalaşma olsa da, bir çox insan üçün gediş haqqı ucuzlaşacaq və ümumi sistem daha ədalətli olacaq".Sosioloq bildirib ki, 2 kilometr yol gedənlə 30 kilometr yol gedənin eyni məbləğ ödəməsi məntiqə və sosial ədalətə uyğun deyil:"Elə buna görə də əksər ölkələrdə bu yanaşma tətbiq edilir. Lakin əsas çətinlik onun texniki tərəfidir. Məsələn, metroda sərnişinin hansı stansiyada düşdüyünü necə müəyyənləşdirmək və buna uyğun ödənişi necə hesablamaq məsələsi asan deyil. Bir çox ölkələrdə bu sistem əvvəldən belə qurulub. Məsələn, Türkiyədə və Avropa ölkələrində sərnişin platformanı tərk edib yenidən daxil olmalı olur və hər giriş ayrıca hesablanır. Bizdə isə bu infrastruktur başqa cür formalaşıb və sonradan bunu dəyişmək çətindir".Onun sözlərinə görə, buna baxmayaraq, əgər bu sistem tətbiq ediləcəksə, o zaman 60 qəpik maksimum yox, orta qiymət olmalıdır:"Az məsafə gedənlər daha az, uzaq gedənlər isə bir qədər çox ödəməlidir ki, orta tarif 60 qəpik səviyyəsində qalsın. İctimai nəqliyyat kommersiya yox, sosial infrastruktur olduğundan əsas məqsəd gəlir deyil, insanların rahat hərəkətini təmin etməkdir. Buna görə qiymətlər daşıma xərclərinə uyğun və yalnız minimal mənfəətlə müəyyənləşdirilməli, ailə büdcələrinə ağır yük yaratmamalıdır, nəticədə məsafəyə görə ədalətli və sosial yönümlü sistem qurulmalıdır.".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr