AZ

İspaniyalı müdafiəçi Səudiyyə Ərəbistanı klubuna keçir

"Fiorentina"nın müdafiəçisi Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Əl-Hilal" ispaniyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. Ərəblər 32 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Fiorentina" Pablo Marini mövsümün əvvəlində "Montsa"dan ttransfer edib. Təcrübəli oyunçu Florensiya təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Seçilən
58
sportal.az

1Mənbələr