Qərbi Kaspi Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan İzmir Bakırçay Universiteti arasında elmi və metodoloji əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atılıb.
Hədiyyə edilən jurnalların onlayn nömrələri də kitabxananın elektron sisteminə daxil olunub.
Bu təşəbbüs Qərbi Kaspi Universitetinin elmi nəşrlərinin beynəlxalq akademik mühitdə tanıdılması, tədqiqatçıların açıq elmi resurslara çıxış imkanlarının artırılması və qarşılıqlı elmi mübadilənin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tərəflər arasında aparılan ilkin müzakirələr çərçivəsində gələcək dövrdə birgə elmi layihələrin icrası, beynəlxalq konfrans və simpoziumların təşkili, akademik mübadilə proqramlarının yaradılması, elmi jurnallar arasında əməkdaşlıq və ortaq nəşrlərin hazırlanması istiqamətində danışıqlara başlanılıb.
Bu əməkdaşlıq Qərbi Kaspi Universitetinin beynəlxalqlaşma strategiyasına uyğun olaraq, Türkiyə universitetləri ilə elmi əlaqələrin dərinləşdirilməsinə, ortaq tədqiqat platformalarının formalaşdırılmasına və regional elmi inteqrasiyanın gücləndirilməsinə xidmət edir.


