AZ

Can Yaman da saxlanıldı

İstanbul Baş Prokurorluğu Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan "narkotik" istintaqı çərçivəsində dünən gecə 9 əyləncə məkanına basqınlar edilib.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, narkotik tapıldığı basqında Can Yaman, Selen Görgüzel, Ayşe Sağlam və Ceren Alper də daxil olmaqla daha yeddi nəfər saxlanılıb.

Jandarma tərəfindən gecə klubunda aparılan axtarış zamanı məkanda olan Can Yaman üzərində narkotik tapılıb. O, bu səbəbdən saxlanılıb, lakin barəsində həbs qərarı verməyib. 

Can Yaman və Selen Görgüzel qan analizləri üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılacaqlar.

Billurə

Seçilən
23
olke.az

1Mənbələr