AZ

Tramp aprel ayında Çinə səfər etmək niyyətini təsdiqlədi

ain.az, Yeniavaz saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin aprel ayında Çinə səfər etmək niyyətini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Venesueladakı vəziyyətlə bağlı Qərbin əsas neft şirkətlərinin rəhbərləri ilə Ağ Evdə keçirilən görüşündə deyib.

“Mən Prezident Si Cinpinlə çox yaxşı yola gedirəm. Aprel ayında Çinə gedəcəyəm”, - Tramp deyib.

Oktyabr ayında Si Cinpinlə telefon danışığından sonra Tramp 2026-cı ilin aprel ayında Çinə səfər etmək dəvətini qəbul etdiyini açıqlayıb. Amerika prezidentinin sözlərinə görə, bundan sonra Çin liderinin ABŞ-yə dövlət səfəri olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
yeniavaz.com

1Mənbələr