AZ

ABŞ-dan İrana ŞOK ittiham: “Hizbullah döyüşçüləri etirazların yatırılmasına cəlb edilib”

ABŞ Dövlət Departamenti İran hakimiyyətini ölkədəki etirazları yatırmaq üçün “Hizbullah” qruplaşmasının döyüşçülərini və İraqdan olan silahlı qrupları cəlb etməkdə şübhəli bilir.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin X sosial şəbəkəsindəki farsdilli səhifəsində yayımlanan açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur ki, Birləşmiş Ştatlar İran İslam Respublikasının rejiminin dinc etirazları boğmaq məqsədilə terrorçu “Hizbullah” üzvlərindən və iraqlı silahlılardan istifadə etməsi ilə bağlı məlumatlardan ciddi narahatlıq keçirir. Bildirilir ki, rəsmi Tehran İran xalqına məxsus milyardlarla dollar vəsaiti terrorçu proksi qüvvələrin maliyyələşdirilməsinə xərcləyib. Həmin qüvvələrin indi öz vətəndaşlarına qarşı istifadə olunması isə İran xalqına qarşı növbəti dərin xəyanət kimi qiymətləndirilir.

Dövlət Departamenti bu cür addımların ölkədəki böhranı daha da dərinləşdirəcəyini və İran hakimiyyətinin beynəlxalq məsuliyyətini artıracağını vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
53
konkret.az

1Mənbələr