“Mançester Yunayted”in sabiq oyunçusu Roy Kin komandanın baş məşqçisi postunda kimi görmək istədiyini açıqlayıb.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Mançester Yunayted”in növbəti baş məşqçisi? Mən Eddi Hounu (ingiltərəli məşqçi) seçərdim”.
Mançester klubu bir neçə gün əvvəl 2024-cü ilin noyabr ayından baş məşqçi postunda olan Ruben Amorimin vəzifəsindən azad edildiyini açıqlayıb. Hazırda komandanın müvəqqəti baş məşqçisi Darren Fletçerdir.