Bakı. Trend:
Çinin şərqində yolsuzluq avtomobili yarışı zamanı azı 14 nəfərxəsarət alıb.
Trend-inməlumatına görə, bu barədə Nantunq şəhər dairəsinin Tonçjourayonunun xalq hökuməti məlumat verib.
Məlumata əsasən, hadisə Tzyansu vilayətinin Avtomobil vəMotosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarışzamanı baş verib.
"52 yaşlı sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirib vənəticədə 14 nəfər xəsarət alıb", - deyə bildirilib.
Bütün xəsarət alanlar xəstəxanaya aparılıb. İki nəfər ağırxəsarət alıb və vəziyyətləri sabitdir.