AZ

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Qafqazinfo.az sayıtının “Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” başlıqlı materialı yayılıbdır.

Həmin materialda iddia olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 377A ünvanında yerləşən yaşayış evində saxlanılan ev heyvanları guya ətraf sakinlərə narahatlıq yaradır.

Ancaq araşdırma zamanı bu iddiaların yalnış olduğu və məqsədli şəkildə olduğu ortaya çıxıbdır.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan iddialar reallığı əks etdirmir.

Sözügedən bağ ərazisində təsərrüfat işləri ilə məşğul olan şəxslə əlaqə saxlanılıb və o, yayılan görüntülərin məqsədli şəkildə paylaşılaraq ictimai rəyin manipulyasiya edildiyini bildirib.

Məlumata görə, video görüntüləri paylaşan qonşu təxminən iki ay əvvəl bağ ərazisində saxlanılan ev heyvanlarından birini daşlayaraq və zəhərləyərək öldürüb.

Buna baxmayaraq, bağda təsərrüfat işləri ilə məşğul olan şəxs qonşuluq münasibətlərini nəzərə alaraq bu faktla bağlı rəsmi şikayət etməyib.

Sonradan isə şəxsi münaqişə zəminində həmin qonşular icazəsiz şəkildə xüsusi mülkiyyətə daxil olaraq əmlakın və heyvanların saxlanıldığı yerlərin görüntülərini çəkib sosial şəbəkələrdə və bəzi xəbər resurslarında yaymağa başlayıblar.

Araşdırmalar zamanı o da bəlli olub ki, həmin şəxs öz evini baha qiymətə satması üçün bu variantı seçib. Belə ki, o itlərə kənardan daş ataraq onları qıcıqlandırıb və bu görüntüləri lentə alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşın öz şəxsi mülkündə ev heyvanı saxlaması qanunla qadağan edilmir və bu hal inzibati xəta hesab olunmur.

Elmar 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
icma.az

1Mənbələr